QHT.az saytı vətəndaş cəmiyyəti təşkilatlarına ictimai dəstək verməkdə davam edir

257
QHT.az saytı bu həssas dönəmdə vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətlərinə ictimai dəstək verməkdə davam edəcək.
Bu barədə QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə məlumat verib.  O, bütün QHT-lərin müraciət və fəaliyyətləri ilə bağlı mövqelərinin QHT.az saytında təmannasız olaraq işıqlandırlmasını təklif edib.
“Biz korporativ sosial məsuliyyət mövqeyindən çıxış edərək, bütün vətəndaş cəmiyyəti nümayəndələrini birgə fəaliyyətə səsləyirik. İndiki məqamda vətəndaşların rəsmi qurumların çağrışlarına riyayət etməsində QHT-lərin maarifləndirmə və sosial şəbəkə vasitəsi ilə apardığı fəaliyyət də mühüm əhəmiyyət kəsb edir.”
Cəsarət Hüseyznadə eyni zamanda QHT.az saytının dövlət qurumalrının apardığı maarifləndirmə prosesində də könüllü iştiaraka hazır olduğunu bildirib.
Cənab prezidentin də qeyd etdiyi kimi, həm milli həmrəylik, həm məsuliyyət, həm də milli birliyimiz bizə imkan verəcək ki, bu xəstəliyə qalib gələk – deyə Cəsarət Hüseynzadə qeyd edib.
QHT-lər və eyni zamanda dövlət qurumları mövzu ilə bağlı məlumatları və PR-ləri h_jasarat@hotmail.com ünvanında göndərə bilərlər.