Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyi koronavirusla mübarizə tədbirlərinə qoşulur

224

Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev  ölkəmizdə koronavirusun geniş yayılmasının qarşısını almaq məqsədilə dövlətimiz tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlərdə QHT-lərin yaxından iştirakını təmin etmək üçün bəzi  layihələrin mövzularını və fəaliyyət planını dəyişərək koronavirusla mübarizə tədbirlərinə yönəltməyi təklif edib.

SosialMedia.az xəbər verir ki, bu təklif QHT-lər tərəfindən müsbət qarşılanıb və xeyli sayda təşkilat da könüllü olaraq, öz layihələrinin də mövzularını dəyişərək bu işə töhfə vermək qərarına gəlib.

“Ahıllara və Tənhalara Dəstək”  İctimai Birliyi də bu təşəbbüsə qoşulub. Bu barədə QHT.az-a təşkilatın sədri Ruhiyyə Məmmədova məlumat verib.

 “Bizim təşkilat da Şura sədri Azay Quliyevin çağırışına qoşularaq, 2020-ci il qrant müsabiqəsində qalib gələn layihəmizi koronavirusla mübarizə istiqamətinə dəyişdirməyi qərara aldıq.”

Eyni zamanda təşkilatımız fəal olaraq QHT-lərə Dövlət Dəstəyi Şurası və REAL TV tərəfindən başladılan  ölkəmizdə koronavirus epidemiyasının geniş yayılmasının qarşısının alınmasına ictimai dəstəyi təmin etmək məqsədilə “Evdə qal, cəmiyyəti qoru” adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına da qoşulur – deyə  Ruhiyyə Məmmədova   bildirib.