“İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyi koronavirusla mübarizə tədbirlərinə fəal qoşulur

323

“İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyi də könüllü şəkildə Azərbaycan Respublikası Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının başlatdığı “Evdə qal, Cəmiyyəti qoru” kampaniyasına, eyni zamanda Şura sədri Azay Quliyevin 2020-ci il qrant müsabiqəsində qalib gəlmiş layihələrin bir qisminin koronavirusla mübarizə istiqamətinə dəyişdirmək çağırışına qoşulub”.

 Bunu açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri  Cəsarət Hüseyznadə açıqlamasında bildirib.

Təşkilat sədri qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ölkəmizdə koronavirusun geniş yayılmasının qarşısını almaq məqsədilə dövlətimiz tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlərdə QHT-lərin yaxından iştirakını təmin etmək üçün operativ olaraq, mühüm təşəbbüslə çıxış edib.

Bu məqsədlə Şura sədri, millət vəkili Azay Quliyev QHT-lərə və birgə qrant müsabiqəsi keçirəcək qurumlara müraciət edib və 56 layihənin mövzularını və fəaliyyət planını dəyişərək koronavirusla mübarizə tədbirlərinə yönəltməyi təklif etmişdir.

Biz də bu təşəbbüsə öz töhfəmizi vermək qərarına gəldirk. Beləki bu istiamətdə həyata keçirilən bütün layihələri təşkilatımızın dəstəyi ilə QHT.az saytında ictimailəşdirməyi həyata keçirəcəyik.

Eyni zamanda  təşkilatımız “Evdə qal, Cəmiyyəti qoru” kampaniyasına akiv qoşularaq, bu sahədə də monitorinq və  maarifləndirmə işini həyata keçirəcəkdir – deyə Cəsarət Hüseynzadə bildirib.

Qeyd edək ki, “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyi  eyni zamanda Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürüb.