Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi “Evdə qal, cəmiyyəti qoru” hüquqi,psixoloji yardım göstərəcək

270

Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi QHT Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürüb.

Bu barədə SosialMedia.az-a Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin sədrı Zenfira Mustafayeva məlumat verib. Təşkilat sədri bildirib ki, vətəndaş cəmiyyəti təşkilatI olaraq, dövlətimizin koronavirusla mübarizəsinə dəstək olmaq məqsədilə, Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürdük.
Bundan əlavə qeyd Zenfira xanım qeyd edir ki, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və REAL TV-nin başlatdığı ölkəmizdə koronavirus epidemiyasının geniş yayılmasının qarşısının alınmasına ictimai dəstəyi təmin etmək məqsədilə “Evdə qal, cəmiyyəti qoru” adlı ictimai məlumatlandırma kampaniyasına qoşuluruq və hüquqi,psixoloji və sosial yardım göstərəcəyik.

Müraciət etmək istəyənlər bu (050) 6802222 (050) 300 87 88 və (050) 417 20 01 nömrələri ilə bizimlə əlaqə saxlaya bilər.