“QHT-lərin koronovirusla mübarizəyə həsr olunan ümumrespublika online konfransı” keçirilir

166
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası pandemiya təhlükəsinin aradan qalxacağı ilə bağlı yekun tarixin bəlli olmamasını nəzərə alaraq üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlmək, mövcud vəziyyətdə QHT-lərin fəaliyyətinin çevik əlaqələndirilməsini və bu istiqamətdə görüləcək işlərin effektivliyinin daha da artırılması məqsədi ilə hazırda “QHT-lərin koronovirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransı”nı keçirir.
Konfransda Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev, 351 QHT iştirak edir.