“Koronavirusun laboratoriyadan sızması…” – ÜST-dən RƏSMİ AÇIQLAMA

113

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun Uhandakı bir bioloji laboratoriyadan sızdığı barədə iddialara münasibət bildirib.

SosialMedia.az-ın  məlumatına görə, ÜST-nin yaydığı açıqlamada bildirilir ki, əldə olunmuş bütün dəlillər koronavirusun heyvan mənşəli olduğunu göstərir. Açıqlamada qeyd olunur ki, virusun laboratoriyada yaradıldığı və ya dəyişdirildiyi barədə hər hansı sübut əldə edilməyib.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ mediası bildirmişdi ki, Amerika kəşfiyyatı virusun Uhandakı laboratoriyadan sızması ehtimalı üzərində iş aparır. ABŞ Prezidenti Donald Tramp isə “Bu ehtimal məntiqli görünür” demişdi.