“Vəfa” Sosial Problemlərin Həllinə Dəstək ictimai birliyi Ağsu rayonunda ailələrə dəstək verdi

354

Təşkilat Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirlərinə öz dəstəyini əsirgəməyib.

SosialMedia.az xəbər verir ki,Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və REAL TV “Evdə qal, cəmiyyəti qoru” kampaniyasına start veriblər.

Koronavirusun yayılmasının qarşısının alınmasına ictimai dəstəyi təmin etmək, ictimai monitorinq və məlumatlandırma kampaniyasına “Vəfa” Sosial Problemlərin Həllinə Dəstək ictimai birliyi də dəstək verib.

Təşkilatın sədri Fatimə Hacıyeva bu kampaniya çərçivəsində Ağsu rayonunda ailələrə ilkin olaraq tibbi masqa, əlcək və spirt paylayıb. Onların qayğıları ilə yaxından tanış olan Fatimə Hacıyeva, vətəndaşlara karantin qaydalara qeyri şərtsiz əməl etmələrinin vacib olduğunu bildirib.