Sumqayıtda “Araz” marketin qarşısında qanlı olay: ölən var – FOTO

701

Sumqayıtda ölümlə nəticələnən bıçaqlanma hadisəsi baş verib. 

SosialMedia.az xəbər verir ki, hadisə şəhərin Koroğlu prospektində “Araz” marketin qarşısında qeydə alınıb.

Belə ki, mübahisə zamanı 1983-cü il təvəllüdlü Xəlilov Ramil Oruc oğlu naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. Xəstəxanaya çatdırılan R.Xəlilov cərrahi əməliyyat olunmasına baxmayaraq ölüb. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.