Koronadan “qazanan” ölkələr

283

Avstraliyada, Yeni Zelandiya və Cənubi Koreya koronavirusa qarşı mübarizədə azsaylı qaliblər sırasında yer alıblar.

SosialMedia.az xəbər verir ki, CNBC-nin sorğusuna qatılan mütəxəssilər belə rəyə gəliblər.

Bildirilib ki, bu dövlətlər tez bir zamanda COVİD-19-un öhdəsindən gəliblər və bu da iqtisadiyyatın bərpasına, müəssisə və təşkilatların işini bərpa etməyə kömək edib.

Nəticədə bu ölkələr investorlar üçün daha cəlbedici olub.

Eyni zamanda hər 3 dövlətin ticari tərəfdaşı olan Çinin tədricən məhdudiyyətləri aradan qaldırması da bu ölkələrin iqtisadiyyatı bərpa etməsində mühüm rol oynayıb.