Pompeodan Koreya açıqlaması

318

Şimali Koreyada koronavirusun yayılması və aclıq təhlükəsi mövcuddur.

SosialMedia.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo deyib.

“Onlarda da (KXDR) koronavirus təhlükəsi var. Bu, real təhlükədir. Şimali Koreyada aclıq, qida çatışmazlığı yaranacaq. Biz bu məsələləri diqqətlə izləyirik. Çünki sözügedən vəziyyət planlarımıza, daha da konkretləşdirsək, Koreya yarımadasının nüvəsizləşdirilməsinə mənfi təsir edə bilər”, – deyə dövlət katibi bildirib.

Pompeo Kim Çen İnin səhhəti ilə bağlı da sualı cavablandırıb və qeyd edib ki, Şimali Koreya hakimiyyətində kimin təmsil olunmasından asılı olmayaraq, ABŞ yarımadanın tam nüvəsizləşdirilməsinə köklənib:

“Şimali Koreyanın daxilində nələrin baş verməsindən və kimlərin hakimiyyətdə təmsil olunmasından asılı olmayaraq, bizim missiyamız əvvəlki kimi qüvvədədir. Bu, Kim Çen İn və Donald Tramp arasında Sinqapurda əldə edilən razılaşmadır”.