Türkiyə ordusu PKK-nın 12 terrorçusunu məhv edib.
SosialMedia.az–ın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Müdafiə Nazirliyi açıqlama yayıb.
Açıqlamada bildirilib ki, Türkiyə Silahlı Qüvvələrinin “Barış bulağı” ərazisində Tel-Abyad məntəqəsinə dünən gecə saatlarında 15-dək PKK/YPG-li terrorçu hücum edib.
TSK-nın hərbi heyəti bölgədə təhlükəsizliyi və sabitliyi pozmağa cəhd edən terrorçulardan 12-ni zərərsizləşdirib.
“Bölgədə sülhün, sabitliyin davam etməsi üçün kəşfiyyat, nəzarət və humanitar dəstək fəaliyyətlərimiz fasiləsiz olaraq davam edir” – deyə açıqlamada bildirilib.