Bakının mərkəzində çökən yol

173

Paytaxtın Nəsimi rayonunda, Puşkin və 28 May küçələrinin kəsişməsindəki yolda qeydə alınan çökmə ilə əlaqədar AAYDA əraziyə baxış keçirəcək.

SosialMedia.az bildirir ki, Bu barədə Axar.az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli deyib.

O bildirib ki, problem tezliklə aradan qaldırılacaq.

Qeyd edək ki, ötən gün Nəsimi rayonunda avtomobil yolunun piyada keçidi hissəsinin çökməsi ilə bağlı məlumat yayılıb.