FHN-nin vətəndaşlara psixoloji dəstək məqsədilə yaratdığı “Qaynar xətt”ə 750-dək müraciət daxil olub

180

Ölkədə mövcud karantin rejimində psixoloji problemlər yaşayan vətəndaşlara dəstək olmaq məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən aprelin 8-dən etibarən “112” qaynar telefon xətti vasitəsilə nazirliyin peşəkar psixoloqları tərəfindən təcili psixoloji yardımın göstərilməsi işi təşkil olunub.

Nazirlikdən SosialMedia.aza verilən məlumata görə, növbəlilik əsasında 24 saat fasiləsiz xidmət aparan FHN-in xüsusi hazırlıqlı psixoloqları vərəndaşlara lazımi psixoloji yardım göstərirlər. Fəaliyyət göstərdiyi ötən bir ay ərzində psixoloji yardımla bağlı Bakı şəhəri və respublikanın müxtəlif regionlarından qaynar xəttə 750-yə qədər müraciət daxil olub. Müraciətlər, əsasən, COVID-19 infeksiyasına özlərinin və yaxınlarının yoluxma riskindən qorxuya düşən, yaşlı valideynlərinə görə gərginlik keçirən, təklikdən, ünsiyyət azlığından və tənhalıqdan əziyyət çəkən, psixoloqlarla üzbəüz danışmaqdan sıxılan, psixosomatik əlamətlər yaşayan və digər psixoloji problemlərlə üzləşən vətəndaşlar tərəfindən olub.

Qeyd edək ki, psixoloji yardımın təşkil olunmasında əsas məqsəd vətəndaşları psixoloji problemləri ilə tək qoymamaq, mənəvi dəstək olmaq, karantin rejiminə uyğunlaşmaqda onlara kömək etməkdən ibarətdir.