Sabah yağış yağacaq

220

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə  yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən SosialMedia.aza verilən məlumata görə, səhər duman olacaq, arabir güclənən şimal-qərb küləyi gündüz  cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 9-11, gündüz  17-20, Bakıda  gecə 9-11, gündüz  18-20 dərəcə isti təşkil edəcək. Atmosfer  təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq. 

Mayın 11-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu  gecə 7-12, gündüz 15-20, dağlarda gecə 1-6, gündüz 8-13 dərəcə isti olacaq.