Azyaşlılar arasında keçirilən onlayn rəsm müsabiqəsinin ilk mərhələsi yekunlaşdı

705

SosialMedia.az xəbər verir ki, Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə 11 aprel 2020-ci il tarixindən “Evdə qal,cəmiyyəti qoru” adlı onlayn rəsm müsabiqəsinə start verib. Müsabiqənin ilk səs vermə mərhələsi 10 may 2020-ci il tarixindən 17 may 2020-ci il tarixinə qədər davam edib.

1-ci mərhələdə 5 ekspert, bir müəllimə və online səs vermədən sonra azyaşlılar arasında keçirilən rəsm müsabiqəsi yekunlaşıb.Qeyd edək ki, 1-ci mərhələdə üç yer uğrunda 14 azyaşlı mübarizə aparıb.

Azyaşlılar arasında 3 yerin qalibləri

1-ci yer 95 balla Səfərli Yusif

2-ci yer 89 balla Rüstəmova Mələy

3-cü yer 85 balla Məmmədova Ayan

Növbəti onlayn səs vermə yeniyetmələr arasında keçiriləcək. Yeniyetmələr arasında onlayn səs verməyə 18 may 2020-ci il tarixindən start veriləcək.

Layihə rəhbəri Səbinə Kərimova