QHT “Coronavirus” barədə məlumat kitabçaları hazırlayıb, yardımlar göstərib-HESABAT

323

Ümumdünya Səhiyyə Təşkilatı artıq bir neçə aydır ki, dünyanı təşvişə salan yeni koronavirusu (COVID-19) pandemiya elan edib. Pandemiya dövründə Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi də vətəndaşlara öz xidmətlərini göstərir.

Bu barədə SosialMedia.az-a Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin sədri Zenfira Mustafayeva məlumat verib. Onun sözlərinə görə, pandemiya dövründə Təşkilatın əməkdaşları tərəfindən online şəkildə psixoloji, hüquqi, sosial xidmətlərin göstərilməsi barədə sosial şəbəkələrdə və KİV-də məlumatlar verilmişdir. Muraciət edənlərin hər birinə yardım göstərilir.

Aprel ayı üzrə xidmətlərdən yararlanmaq üçün 183 nəfər müraciət etmişdir. Müraciət edənlərin 103 nəfərinə telefon vasitəsi ilə, 50 nəfərinə elektron poçt və digər vasitələr ilə, 30 nəfərə isə fərdi qəbul vasitəsi ilə xidmətlər təşkil edilmişdir. Müraciət edənlərin 143 nəfəri hüquqi xidmətdən 40 nəfəri isə psixoloji dəstək xidmətindən yararlanmışdırlar.

Həyat yoldaşı tərəfindən məişət zorakılığına məruz qalan 3 qadın üçün mühafizə orderinin alınması dair İcra orqanına müraciət edilmişdir.

Təşkilatın əməkdaşları və könüllüləri tərəfindən “Coronavirus” barədə məlumat kitabçaları hazırlanıb əhali arasında paylanılmışdır.

Bu mövzuda “Dünya TV” telekanılında TV proqramlar vasitəsi ilə maarifləndirmə aparılmışdır.

Təşkilatın əməkdaşları və könüllülər tərəfindən vətəndaşlara humanitar yardımlar paylanmışdır. Təşkilat tərəfindən maddi durumu aşağı olan 25 ailəyə ərzaq, geyim və digər yardımlar paylanılmışdır.

Bu xidmələrin göstərilməsi davam etdirilir. Fəaliyyət çərçivəsində əldə edilmiş nəticələr barəsində ictimayyət mütəmadi olaraq məlumatlandırılır.

Göstərilən xidmətlər barədə verilmiş elanların linkləri;
http://www.qht.az/index.php?action=static_detail&static_id=38825&fbclid=IwAR2tMFHSANUWDuJVl_A5LJQ6VVlerFSTs2KsajQl5wyDz_5T2bAC39nrXwg ·

http://www.qhtxeber.az/news.php?id=22074&lang=az&fbclid=IwAR1F3NTrvuv3B3VDC1o6P3zC95JeWroF4fsaQH5mMEYlEQb-OLSDTWGwrWE ·
http://xeberle.com/gundem/70081-sumqayitda-onlayn-yardima-bashlanildi-koronavirusa-gore.html?fbclid=IwAR0V1sDPgHNFIcAKfWNgc838vzaQOQh-uiPdHyFzkAA0EeWYlH5m7MN97tE#.Xp11u6BxSXA.facebook ·
http://www.sosialmedia.az/2020/04/19/qht-online-huquqipsixoloji-sosial-xidm%c9%99tl%c9%99rini-davam-etdirir/?fbclid=IwAR31uUsXyjcnniLhBGk8J4PhSHytBahX4CZTIynyND3-E3t4-hqeY1cqQy0 ·
https://www.facebook.com/WomenInitiativeUP/ ·
https://www.instagram.com/women_intiative/?hl=ru