Nazir tibbi tullantılarla bağlı vətəndaşları məsuliyyətli olmağa çağırıb

147

“Hər bir insan yoluxucu ola bilər”.

SosialMedia.azın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bildirib.

Nazir deyib ki, maskaları yerə atan, restoranda stol üzərinə qoyan vətəndaş bunun məsuliyyətini hiss etməlidir: “Atılmadan kimsə yoluxa bilər. Ətrafa, suya, torpağa atılan tullantılarla bağlı isə çürümə prosesi uzun illər aparacaq, bu da zərərlidir”.