“Taliban” Əfqanıstanda Ramazan bayramı ilə əlaqədar atəşkəs elan edib

147

“Taliban” silahlı qruplaşması şənbə günü Əfqanıstanda üç gün ərzində Ramazan bayramını qeyd etmək üçün atəşkəs elan edib.

SosialMedia.azın RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə “Taliban”ın açıqlamasında bildirilib: “Ramazan bayramı günlərində soydaşlarımızın təhlükəsizliyini təmin etmək məqsədilə bütün mücahidlər, həmçinin liderlərimiz tərəfindən üç gün boyunca atəşkəs elan edilib”.

Qeyd olunub ki, bayram günlərində düşmənə hücum edilməyəcək.