İranda silahlı qruplaşma üzvləri ilə sərhədçilər arasında atışma olub, ölənlər var

132

İranın Kürdüstan əyalətinin Sərdəşt sərhəd bölgəsində silahlı qruplaşma üzvləri ilə  sərhədçilər arasında atışma qeydə alınıb.

SosialMedia.azın Tehran bürosunun məlumatına görə, insident sərhədçilərin patrul xidməti yerinə yetirərkən sərhədi keçməyə cəhd edən silahlı dəstə arasında baş tutub. 

Atışma nəticəsində silahlı şəxslərdən bir neçə nəfər öldürülüb.

Həmçinin İran sərhədçilərindən 3 nəfər həyatını itirib.