Liviyada məğlub olan BƏƏ-dən cavab tələb ediləcək

192

Liviyada məğlub olan BƏƏ-dən cavab tələb ediləcək.

Sosialmedia.az xəbər verir ki, bunu Liviya Xarici İşlər Nazirliyinin sözçüsü Məhəmməd əl-Kəbləvi bildirib.

Kəbləvi BƏƏ-yə qarşı tədbir görüldüyünü, həmçinin Xəlifə Haftara dəstək verən ölkələrdən hesab soruşmağa davam edəcəklərini söyləyib:

“Nazirlik olaraq bəzi ölkələrə düşmənə verdiyi dəstəyi, səhv hesabları və itkiləri haqqında xatırlatmaq istərdik. Bunun hesabını soruşmağa davam edəcəyik. Xalqımız diktaturanın geri qaytarılmasını heç vaxt qəbul etməyəcək”.

Qeyd edək ki, Liviyada hökumət qüvvələri Tərhunə şəhərini Haftar muzdlularından geri alıb. Eyni zamanda, silahlı qüvvələr Eyn Zara və Vadi ər-Rabi bölgələrini Haftar muzdlularından təmizləyərək nəzarəti ələ alıb.

BƏƏ-nin Haftara verdiyi xeyli silah-sursat da ələ keçirilib.