Karantin dövrü bu ağrılara səbəb ola bilər

207

Artıq bir neçə aydır davam edən pandemiya və karantin dövrü ilə əlaqədar insanlar arasında oturaq həyat tərzi geniş yayılmağa başlayıb. Oturaq həyata öyrəşən insanlarda nisbətən uzun gəzintilərdən sonra ayaq ağrıları müşahidə olunur.

Sosialmedia.az bildirir ki, Məsələ ilə bağlı Axar.az-a açıqlama verən ortoped-travmatoloq Rəşad Zeynalov bildirib ki, epidemiya müddətində evdə uzun müddət hərəkətsiz qalan insanlarda oynaq ətrafı əzələlər zəifləyə bilər.

“Hərəkətsizlik ortopediya ilə bağlı oynaq ətrafı əzələlərin zəifliyinə, artıq bədən kütləsinin yaranmasına şərait yaradır. Oynaq ətrafı əzələlərin zəifləməsi və çəkinin çoxalması oynaqlara düşən yükün artmasına və mövcud oynaq problemlərinin daha qabarıq büruzə verməsinə şərait yaradır. Bu problemlərdən qaçmaq üçün insanlar oynaq üçün ev şəraitində edə biləcəkləri hərəkət proqramlarından istifadə edə bilərlər. Bu hərəkət proqramları onları özlərini daha rahat hiss etməsinə köməklik edəcək”.