İyunun 18-dən sonra Bakı-Naxçıvan-Bakı müntəzəm uçuşlarını qrafiki açıqlanıb

137

İyunun 18-də Bakıdan Naxçıvana, Naxçıvandan Bakıya ilk uçuşlardan sonra müəyyənləşdirilmiş müntəzəm uçuş qrafiki açıqlanıb.

SosialMedia.az – ın məlumatına görə, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) vitse-prezidenti Eldar Hacıyev bildirib ki, hər həftənin ikinci və dördüncü günü saat 15.00-da Bakıdan Naxçıvana, 17.10-da Naxçıvandan Bakıya reyslər yerinə yetiriləcək. 

  1. Hacıyev deyib ki, əvvəllər yayda bir gündə Bakı-Naxçıvan reysi ilə gündə 10 reyslə 1500-ə qədər sərnişin daşınırdısa, bugünkü imkanlarla həftədə 200 sərnişin Bakıdan Naxçıvana, 200 sərnişin isə Naxçıvandan Bakıya daşınacaq: “Ona görə də ümid edirik ki, yalnız çox vacib olduğu halda insanlar bu reyslərdən istifadə edəcəklər”.