Qoyulan qanunlara əməl etməli və hər sahədə dövlətimizə dəstək olmalıyıq-Səbinə Kərimova

654

Bir vətəndaş olaraq biz də öz məsuliyyətimizi dərk etməli və qoyulan qanunlara əməl etməliyik. Bizi sevən,qoruyan dövlətimizi biz də sevib,qorumalıyıq. Bu fikirləri SosialMedia.az-a “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” (ƏSMİD) İctimai Birliyinin sədri Səbinə Kərimova bildirib.

2020-ci il heç də xoş olmayan surprizi ilə bizlərin həyatına daxil oldu. Bəşəriyyət koronavirus təhlükəsi ilə üz-üzə dayandı..Bütün həyatımız olduğundan daha fərqli, demək olar ki, adət etdiyimiz həyatımız gözlənilmədən dəyişdi. Bir sözlə istəməsək də real həyatdan virtual həyata keçid etdik. Əsəblərimiz gərildi,stress yaşadıq. Ancaq asta-asta bütün gərginliyi geridə qoymağı bacardıq. Bunun üçün dövlətimizə, bizi qoruyan ölkə başçımıza, polislərimizə,həkim və hərbçilərimizə borcluyuq. Bu tək bizim problem deyil bu bütün bəşəriyyətin problemidir.

Ancaq Prezidentimizin qabaqlayıcı tədbirləri ölkəmizi bu bəladan yan keçməsinə səbəb oldu. Son iki ayda ölkə başçısının qərarı ilə modul tipli ilk xəstəxana kompleksi inşa olundu.Hər şəhər və rayonlarda koronavirusla mübarizə üçün lazımı şərait yaradıldı.Prezident cənab İlham Əliyevin göstərişi ilə tibbi ləvazimatların istehsalı üçün yeni sexlər işə salındı..Tibbi maska qıtlığının qarşısının alınması üçün ölkəmizdə onun istehsalına başlanıldı. Bu onu sübüt edir ki, xalqın sağlamlığı hər şeydən öndədir. Nə xoş bizə ki, bizi sevən, qoruyan və hər zaman sağlamlığımızın keşiyini çəkən dövlətimiz var. Bir vətəndaş olaraq biz də öz məsuliyyətimizi dərk etməliyik. Bizi sevən,qoruyan dövlətimizi bizdə sevib,qorumalıyıq.

Fərq etmir gecə və ya gündüz əgər basımız ağrayırsa tez həkimə zəng edirik,ölkəyə düşmən hücüm edirsə hərbciləri köməyə çağırırıq,kimsə bizi təhqir edirsə onda ilk növbədə polisə şikayət edirik.Əgər xətrimizə kimsə dəyirsə,məmurun laqeydliyini görürüksə o zaman biz prezidentə müraciət edirik. Çünki onlar bizim güvəndiyimiz, inandığımız və ölkəmizi qoruyan şəxslərdir. Bütün gərginliyimizi, əsəblərimizi onlara yönəltsək də,bəzi hallarda hətta qanunları pozsaq da,onlar ilk yardımımıza çatanlardı.Biz anlamalıyıq ki, hər atılan addım bizlərin təhlükəsizliyi üçündür. Onlar bizlər üçün həyatlarını göz qırpmadan təhlükəyə atan insanlardır. Onlara qarşı atdığımız səhv addımlar özümüzə qarşı hörmətsizlikdir. Aylardır bizlərə dəstək olan,hər zaman bizim keşiyimizdə dayanan insanlara qarşı aqressiya nümayiş etdirmək düzgün deyil. Axı biz hamımız eyni ölkənin vətəndaşları və azərbaycanlıyıq.

Yaşanan narazılıqlardan,gərginliklərdən əlavə pandemiya dönəmi bizə sevməyi, bölüşməyi, güvənməyi də öyrətdi. İnsanlar öz xeyirxah əməlləri ilə bir çox insanları sevindirdi. Aztəminatlı ailələrə yardımlar edərək, dəstək oldular.Bu bizim xalqın nə qədər xeyirxahlıq və sevgi ilə dolu olduğunu bir daha sübut etdi.

Düzdür bəzən bu ümumi problemdən belə istifadə etməyə niyyətli olan insanlar da var ki, ölkəmizdə qarşıdurma yaratmağa çalışırlar. Bu çox təhlükəli məqamlardır. Belələrinə qarşı bir olub mübarizə aparmalıyıq. Ölkəmizin əmin-amanlığını birgə təmin etməliyik.Biz ilk növbədə sağlamlığımızı qorumalı, qoyulan qanunlara əməl etməli və hər sahədə dövlətimizə dəstək olmalıyıq.Çünki biz birlikdə güclüyük!!