İlham Əliyev Britaniya kraliçasını təbrik etdi

195

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası II Elizabetə təbrik məktubu ünvanlayıb.

Sosialmedia.az məktubun mətnini təqdim edir:

“Ülyahəzrət,

Ölkənizin milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizi və Birləşmiş Krallığın dost xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xalqınıza daim rifah arzulayıram”.