Sumqayıt bulvarının yaxınlığını zibil poliqonuna çevirdilər

134

Sumqayıt bulvarı yaxınlığında acınacaqlı mənzərə yaranıb.

Sosialmedia.az bildirir ki, Bununla bağlı Oxu.Az-ın redaksiyasına müvafiq materiallar təqdim olunub.

Göndərilən foto və videodan aydın olur ki, ərazi zibil poliqonuna çevrilib.

Bildirilir ki, dənizin kənarındakı bu zibilxanada tikinti materiallarının qalıqlarına, müxtəlif növ tullantılara, biçilmiş ot topalarına, daş parçalarına rast gəlmək olar. Ərazidəki zibil yığnağı gündən-günə artır.