Abşeron rayonunda yük maşınının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib

148

Abşeron rayonunda yük maşınının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Sosialmedia.az xəbər verir ki, qəza Bakı-Sumqayıt şosesində, Xırdalan qəbiristanlığının yaxınlığında qeydə alınıb.

Elman Ağaməmmədov DAF markalı yük maşını ilə Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə, nəqliyyat vasitəsi yolayırıcı beton arakəsmələrə çırpılıb.

Qəza zamanı sürücü yüngül xəsarət alıb, avtomobil isə deformasiyaya uğrayıb.

Sürücünün bildirdiyinə görə, o, Rusiya Federasiyasından Bakıya qapı gətirirmiş. Yolun bir hissəsinin qazılması, eyni zamanda, yağışlı hava şəraiti səbəbindən idarəetməni itirib.

Zərbənin gücündən yük maşınının yanacaq çəni zədələnib və dizel yola dağılıb.

Əraziyə Dövlət Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.