İngiltərədə zəruri olmayan mağazalar fəaliyyətini bərpa edib

142

İngiltərədə bugündən etibarən zəruri olmayan mağazalar açılıb.

SosialMedia.azın Britaniya bürosunun verdiyi xəbərə görə, təxminən üçaylıq bir dövrün sonunda bu gün İngiltərədə zəruri olmayan malların satıldığı mağazalar açılıb. Qaydalara əsasən, insanlar bir-birindən iki metr aralıda durmalı, qapalı mağazalarda maska geyinməlidir. Bundan əlavə, bu gündən etibarən İngiltərədə ictimai nəqliyyatda maska geyinmək məcburi hal olub.

Qeyd edək ki, zəruri olmayan mağazalar Şimali İrlandiyada ötən həftə açılsa da, Şotlandiya və Uelsdə hələ də bağlı qalır.