Koronavirusla bağlı son STATİSTİKA

227

Dünyada 7 995 877 nəfər koronavirusa yoluxub.

Sosialmedia.az bildirir ki, Bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd edilir.

Virusdan 435 598 nəfər ölüb, 4 128 318 nəfər sağalıb.

COVID-19-un ən çox müşahidə edildiyi ABŞ-da virusa 2 162 228 nəfər yoluxub, onlardan 117 858 nəfəri ölüb, 870 050 nəfəri sağalıb.

Azərbaycanın sərhəd qonşusu Rusiya virusa yoluxanların sayına görə ölkələr arasında 528 964 yoluxma ilə üçüncü, İran 187 427 yoluxma ilə 10-cu, Türkiyə 178 239 yoluxma ilə 11-ci sıradadır.

Ermənistan 16 667 yoluxma ilə 50-ci, Gürcüstan isə 864 yoluxma ilə 124-cüdür.

Azərbaycanda COVID-19-a 9 957 yoluxma halı qeydə alınıb. Ölkəmizdə koronavirusa yoluxanlardan 5 583 nəfəri sağalıb.