Gürcüstanla münasibətlərin yaxşılaşacağını düşünürəm

329

Gürcüstanla münasibətlərin yaxşılaşacağını düşünürəm.

Sosialmedia.az xəbər verir ki, bu sözləri Ukrayna Xarici İşlər naziri Dmitri Kuleba deyib.

“Bəzi böhranlar əmələ gəlir. Çünki hər ölkənin öz xüsusiyyəti var. Sizi əmin edirəm ki, heç bir şey Gürcüstan-Ukrayna münasibətlərini poza bilməz. Siyasi gərginlik azalır: bütün bunlar unudular və biz gələcəkdə qarşılıqlı əlaqələri inkişaf etdirərik”, – deyə Kuleba bildirib.

Qeyd edək ki, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin Ukrayna Milli İslahatlar Mərkəzinin İcraiyyə Komitəsinin rəhbəri təyin edilməsindən sonra Kiyev-Tiflis münasibətləri kəskin şəkildə pisləşib. Belə ki, Ukrayna Prezidentinin Saakaşvili ilə bağlı bu qərarından sonra rəsmi Tiflis Kiyevdəki səfirini geri çağırıb.

Hətta Gürcüstanın XİN rəhbəri David Zalkaliani Ukrayna ilə diplomatik əlaqələri kəsmək niyyətində olduqlarını vurğulamışdı