Əfqanıstanda “Taliban” təhlükəsizlik qüvvələrinin 12 əməkdaşını öldürüb

128

Əfqanıstanda “Taliban”ın hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin əməkdaşları öldürülüb.

SosialMedia.azın “TOLO News”a istinadən verdiyi xəbərə görə, Əfqanıstanın şimalındakı Cövzcan vilayətində “Taliban” döyüşçülərinin iki yoxlanış məntəqəsinə hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin 12 əməkdaşı öldürülüb, 5 nəfər yaralanıb. 

Toqquşma zamanı 5 “Taliban” üzvü öldürülüb, 10 nəfər isə yaralanıb. 

“Taliban” döyüşçüləri təhlükəsizlik qüvvələrinin 4 əməkdaşını əsir götürüb. 

“Taliban” hücumla bağlı açıqlama yaymayıb.