TƏBİB: Son həftələr koronavirus testi neqativ çıxmış, yaxud çıxmamış ikitərəfli pnevmoniya olan çox xəstəmiz var

104

“Son həftələr aktiv xəstə sayından da çox koronavirus testi neqativ çıxmış, yaxud çıxmamış ikitərəfli pnevmoniya xəstələrimiz var. O xəstələr artıq keçən həftədən koronavirus xəstəsi kimi xəstəxanalara qəbul olunurlar”.

SosialMedia.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Y.Qarayeva deyib ki, kliniki olaraq koronavirus əlamətləri görünürsə, o xəstələr koronavirus xəstələri kimi qəbul edilirlər: “Belə xəstələrimiz çoxdur”.