KİV: Əfqanıstanda yaraqlılar 53 nəfəri girov götürüb

131

Əfqanıstanın Daykundi əyalətində yaraqlılar qadınlar və uşaqlar da daxil olmaqla 53 nəfəri girov götürüblər.

SosialMedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə “TOLOnews” telekanalı məlumat yayıb.

Əyalət qubernatoru Zia Hamdardın kanala verdiyi açıqlamasında bildirib ki, yaraqlılar yerli ağsaqqalların vasitəçiliyi ilə artıq 9 nəfər girovu sərbəst buraxıblar. Digərlərinin sərbəst buraxılması üçün danışıqlar davam edir.

Girovların radikal “Taliban” hərəkatının silahlıları tərəfindən tutulduğu iddia edilir. Eyni zamanda, “Taliban”nın bu iddianı rədd etdiyi vurğulanıb.