Milli Məclisin deputatları koronavirus testindən keçirilir

139

Milli Məclisin deputatları koronavirus infeksiyası ilə əlaqədar tibbi test yoxlanışından keçməyə başlayıblar.

SosialMedia.azın məlumatına görə, bu gün deputatların bir qismindən test üçün yaxma götürülüb.

Digər deputatlardan da yaxma götürülməsi prosesi davam edir.

Qeyd edək ki, dünən deputat Sahib Alıyev SosialMedia.aza açıqlamasında koronavirus testinin nəticəsinin pozitiv çıxdığını bildirmişdi.