İsanın bütün heykəlləri sökülsün

196

“Blək Lives Matter” hərəkatının aktivisti və keçmiş keşiş Şon Kinq İsa Məsihin Avropa heykəlini sökməklə bağlı çağırış edib.

Sosialmedia.az xəbər verir ki, Kinq bu sözləri öz Tvitter səhifəsində paylaşıb.

Onun sözlərinə görə, Məsihin ağ rəngdə təqdim edilməsi, ağ irqin üstünlüyünü təqdim etmə formasıdır:

“Belə addımları Məsihin bütün görüntülərinə qarşı təqdim etmək lazımdır. İsanın ailəsi gizlənmək və yerli əhali arasına qarışmaq istəyəndə onların haraya yollandığını tapın. Misirə! Danimarkaya yox! Heykəlləri sökün”.

Şon Kinq İsa Məsihin dərisinin rənginin tünd olduğunu və onda neqroid irqinin çalarlarının olduğunu bildirib.