Bəzi bölgələrdə koronavirus sürətlə yayılır

184

Bəzi bölgələrdə koronavirus sürətlə yayılır. ABŞ səhv istiqamətdə gedir.

Sosialmedia.az xəbər verir ki, bu açıqlama ilə ABŞ-ın baş infeksionisti Entoni Fauçi çıxış edib.

Koronavirusun sürətlə yayıldığı bölgələrin ölkəni təhlükə altına aldığını deyən Fauçi amerikalıları təhlükəsiz və effektiv bir koronavirus peyvəndinin tapılmasını gözləmək əvəzinə lazımi tədbirləri görməyə çağırıb.

“Bu ölkədə hər kəs üçün təhlükəsiz və effektiv bir peyvəndin olması çox vacibdir. Ancaq təhlükəsiz və effektiv bir peyvənd üçün heç bir zəmanət yoxdur. Yay fəsli ilə əlaqədar ictimai fəaliyyətin artması və gənclərin bir çox sahədə normal həyata tez qayıtması xüsusən restoran və bar kimi yerlərdə yoluxmanın yayılması narahatlığını yaradır. Hər gün 100 min yoluxma faktını görə bilərik”, – baş infeksionist bəyan edib.