Qarabağ gündəliyi” (TALANMIŞ RESURSLAR TARİXÇƏSİ) adlı sənədli film hazırlanır

140

Sosialmedia.az xəbər verir ki,“İnnovativ Media” Jurnalistlərin Peşəkarlığının Artırılmasına Dəstək İctimai Birliyi tərəfindən Azərbayan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarna Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Qarabağ gündəliyi”(TALANMIŞ RESURSLAR TARİXÇƏSİ) sənədli filmin hazırlanması” adlı layihə icra edilir.

Layihə çərçivəsində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Azərbaycan ərazilərində həyata keçirilən təcavüzkarlıq siyasətinə bir daha diqqət çəkiləcək. Hələ də davam edən işğal faktı nəticəsində talanan ərazilərimizə dəyən iqtisadi zərərə diqqət çəkiləcək. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən hərbi işğalı ölkədə ağır humanitar böhran vəziyyətinin yaranması, çoxsaylı sosial-iqtisadi obyektlərin məhv edilməsi və ölkə iqtisadiyyatına ciddi ziyanların vurulması ilə yanaşı, Azərbaycan xalqının tarixi, maddi mədəniyyət abidələrinə də ağır zərər vurulub.

Layihə çərçivəsində hazırlanacaq film ingilis dilində nümayiş etdiriləcək. Bunun səbəbi, beynəlxalq ictimiyyətin diqqətini bu məsələyə çəkmək və davam edən işğala və talana qarşı mübarizəyə cəlb etməkdir.