“Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyi layihəsini davam etdirir

236

“Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin dəstəyi ilə “Sumqayıt şəhəri və yaxın bölgələrdə insan alverinin qurbanı olmuş, ehtimal olunan qurbanların sosial reablitasiyalarına dair tədbirlərin təşkili” layihəsinin icrasına başlamışdır. Layihənin icrasına 01.07.2020-ci il tarixində başlanılmış və icrası 4 ay davam edəcəkdir.

Bu barədə SosialMedia.az-a layihə rəhbəri Zenfira Mustafayeva məlumat verib. Onun sözlərinə görə, layihə çərçivəsində insan alverinin qurbanları və ehtimal edilən qurbanların reablitasıyası həyata keçiriləcəkdir. Bundan əlavə insan alverinə qarşı mübraizənin gücləndirilməsi məqsədi ilə risk qrupuna daxil olan şəxslərə və onların ailə üzvlərinə sosial xidmətlər təşkil ediləcək, ölkə üzrə maarifləndirmə kampaniyası təşkil olunacaqdır. Layihə çərçivəsində davamlı və keyfiyyətli sosial işçi xidməti, psixoloq, hüquqşunas və digər sosial xidmətlər təşkil olunacaqdır.

Hamıya məlum olan səbəblərdən ( xüsusi karantin rejimi) layihənin təqdimat mərasiminin təşkilinin forması dəyişdirilmişdir. Təqdimat mərasimi onlayn (online) şəkildə təşkil edilmişdir. Təqdimat mərasimini Təşkilatın və icra edilən layihənin rəhbəri Zenfira xanım Mustafayeva açmışdır. Zenfira xanım Mustafayeva layihənin məqsədi, icra planı, nəzərdə tutulmuş tədbirlər barədə ətraflı məlumat vermişdir. Təqdimatda layihəyə ekspert kimi cəlb edilmiş hüquqşunas, psixoloq və sosial işçi layihə çərçivəsində onlar tərəfində icra ediləcək fəaliyyət və istiqamətlər barədə məlumatlar vermişdirlər. Təqdimatda Təşkilat ilə əməkdaşlıq edən, digər regionlarda eyni istiqamətlər üzrə fəaliyyət göstərən QHT-lərin nümayəndələri də qatılmış və çıxışlar etmişdirlər.

Yeni layihənin icrası Sumqayıt şəhəri və ona yaxın olan 12 şəhər və rayonda nəzərdə tutulmuşdur. Layinin icrası 4 aylıq nəzərdə tutulmuşdur. Bu müddətdə layihə icraçıları layihənin qarşısına qoyulan məqsədlərə çatdıqları halda layihənin icrasının davamlı olacağı və daha geniş regionları əhatə edəcəyi planlaşdırılmışdır.

Layihənin icrası, layihə çərçivəsində nəzərdə tutulan tədbirlər barədə ictimayyət mütəmadi olaraq məlumatlandırılacaqdır.