QHT sədri- Düşmənə məlumat ötürməyək

178

Sosialmedia.az xəbər verir ki, müstəqil junalist, “Əsgər Ailələrinə Dəstək” ictimai birliyinin sədri Mətanət Əsgər qızı Tovuz rayonunun Ağdam kəndində baş verən hadisələrlə bağlı üzüldüyünü bildirib.

O, döyüşlərdə həlak olan oğullarımızın ailələrinə baş sağlığı verir. Hər kəsdən düşmən xüsusi xidmət orqanlarının təxribatlarına uymamağa çağırır.Döyüş bölgələrində yaşayan əhalidən xahiş edirik ki, heç bir informasiya paylaşmasınlar.

Bu,düşmənə informasiya ötürülməsi, əhali arasında təlaş yaradılması deməkdir. Sosial şəbəkələrdə guya ki, “qan çatmır” kimi informasiyalar dolaşır .Azərbaycan ordusunun böyük itkiləri yoxdur.Kimsə dövlətimizə dəstək olmaq istəyirsə gərginlik yaratmadan Qan Bankına gedə bilər.Amma buna ehtiyac yoxdur. Azərbaycan Ordusunun hər təchizatı var. Yalnız Azərbaycan Müdafiə Nazirliyinin informasiyasına istinad edin.