Azərbaycan zabiti hər zaman səngərdə, əsgərlərlə çiyin-çiyinədir-Zenfira Mustafayeva

461

Paşinyan Ermənistanda baş verən narazıçılıqları və bununla da daxildə baş verən prosesləri artıq idarə edə bilmədiyindən hər hansı təxribatçı hərəkətləri ilə Qarabağ təmas xəttində vəziyyəti gərginləşdirərək öz vətəndaşlarının diqqətini daxili problemlərdən yayındırmaq və mövcud daxili siyasi problemlərin öhdəsindən gəlmək fikrinə düşüb. SosialMedia.az xəbər verir ki, bu sözləri Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin sədri Zenfira Mustafayeva bildirib.

Ermənistanda tüğyan edən COVID-19 böhranının burulğanındakı Ermənistan Azərbaycana qarşı hərbi hücuma başlayıb.
İyulun 12- 14 də baş vermiş hadisələr Azərbaycan ictimaiyyəti tərəfindən hiddətlə qarşılandı. Sosial şəbəkələrdə hərbi əməliyyatlara başlamaq, sıravi vətəndaşların toplanaraq cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar səsləndi.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra respublikamız həm Qarabağ müharibəsi ilə əlaqədar yaranmış gərgin vəziyyət, eyni zamanda bir çox siyasi, iqtisadi və ictimai çətinliklə üzləşmişdir. Gənclərimiz yaranmış çətin sınaqlardan və keçid dövrünün mənfi təsirlərindən qorumaq, onlarda milli vətənpərvərlik hissini formalaşdırmaq kimi mühüm vəzifələrərin öhdəsindən layiqincə gəldik. Son baş verən hadisələr də prosesin düzgün istiqamətdə aparıldığını göstərir.

Əziz həmvətənlər, Azərbaycan Respublikasının müasir tələblərə cavab verən nizami ordusu, güclü hərbi texnikası, peşəkar zabit heyəti vardır. Azərbaycan zabiti hər zaman səngərdə, əsgərlərlə çiyin-çiyinədir. Bunu Aprel döyüşləri və son döyüş hadisələri də sübut edir. Hal-hazırda ordumuza arxa cəbhədə dayaq olmaq cəbhədə onlarla bərabər döyüşməyə bərabərdir.
Ali Baş Komandanın ümummilli səfərbərliyinə qədər ordumuza arxa cəbhədə dayaq olaq.