“Xalq teatrı xalqımızın zəngin irsinin göstəricisidir “ layihəsi uğurla davam edir

176

Azərbaycan Qadınlarının Haqlarını Müdafiə Mərkəzi İctimai Birliyi,Mədəniyyət nazirliyinin maliyyə dəstəyi ilə Yevlax,Mingəçevir,Qazax və Bərdə rayonlarında “Xalq teatrı xalqımızın zəngin irsinin göstəricisidir “ layihəsi uğurla davam edir. Təşkilat olaraq Operativ Qərargahın qaydalarına əməl edilərək ,aktyor və sənətkarlarla az (5 nəfər olmaqla) sayda görüşlər keçirildi. Onların teatr sənəti ilə bağlı xeyli sayda fikir və təklifləri qeyd edildi.

Müzakirə əsasında onlar qədim xalq teatrının zənginliyindən danışaraq xeyli sayda təkliflər verildi. Kökləri qədim zamanlara gedib çıxan teatr sənətinin tarixi Mirzə Fətəli Axundovun 1873-cü ilin mart və aprel aylarında Bakıda səhnəyə qoyulan “Lənkəran xanının vəziri” və “Hacı Qara” tamaşalarından başlanır. Teatr əvvəllər kiçik qruppalar şəklində fəaliyyət göstərib. Daha qədim zamanlarda teatr xalqın müxtəlif adət-ənənləri, keçirdiyi bayram və mərasimlərlə əlaqəli olub.

Azərbaycanda teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin dünyagörüşü ilə bağlıdır. Qədim tarixə malik “Sayaçı, “Novruz” “Gəvsəç” kimi mərasimlərdə xor, rəqs və dialoqla yanaşı, dramatik süjetə, hərəkətə, bəzən isə bədii surətə də rast gəlinir. “Novruz” mərasiminin mühüm epizodunu təşkil edən “Kosa-kosa” oyunu əsl teatr örnəyidir. Burada ardıcıl süjet, dramatik hərəkət, həmçinin xüsusi paltar geyinən maska taxan aktyor vardır. Bu baxımdan Azərbaycan peşəkar teatrının təşəkkülündə xalq teatrı əhəmiyyətli rol oynamışdır. Bu gün Respublikanın müxtəlif bölgələrində xalq teatrları fəaliyyət göstərir və onların əhatə dairəsi genişlənir. Burada məqsəd əhalinin mədəni istirahətini təşkil etməklə yanaşı, həm də istedadlı adamların üzə çıxarılması, onların köməyindən istifadə etməklə gənc mədəniyyət işçilərinin, gələcək aktyorların yetişdirilməsidir. Texnalogiyanın daha az inkişaf etdiyi dövrlərdə teatra daha çox maraq var idi. Texnoloji yeniliklərin geniş yayıldığı bir dövrdə gənclər arasında bu tamaşalara maraq nisbətən azaldı. Lakin bu dövrlərdə teatrlar öz repertularını genişləndirməyə və fəaliyyət göstərməyə davam edib.

Əvvəlki kimi dolub daşmasa da, teatr tənqidçiləri teatrın hazırkı dövründə “inkişafa doğru” addımlar atıldığını deyir. Azərbaycanda müxtəlif teatrlar fəaliyyət göstərir. Tetarlar maddi texniki təchizat baxımından yenilənib və müasir tələblərə cavab verir. Yerli və əcnəbi yazıçıların əsərləri əsasında nümayiş olunan tamaşalar əhalinin teatra cəlb olunmasına imkan verir. Bundan başqa insanların teatra marağının cəlb olunması üçün müxtəlif maarifləndirici tədbirlər həyata keçirilir. Bütün həyata keçirilən tədbirlərlə yanaşı yeni təbliğat-təşviqat tədbirlərinin keçirilməsinə ehtiyac var. Layihə uğurla davam edir.( 15 iyul 2020)