QHT sədrindən təklif: Fiziki şəxslərin hesabat müddəti iyul ayının sonuna kimi uzadılsın!

186
Bildiyimiz kimi pandemiya ilə əlaqədar Vergi məsələsinə güzəştlər ilə bağlı müvafiq əlavələr edilmişidir. Bununla bağlı elektron sistemdə yenilənmələr aparıldığı haqqında məlumatlar var.
Hesabatların verilməsi üçün son tarix  20 iyul 2020-ci il olduğunu nəzərə alsaq, bu yenilənmənin yekunları haqqında məlumatın olmaması vergi ödəyicilərində narahatlıq yaradır. Belə ki, elektron sistem hazırda  muzdlu və qeyri muzdlu işlə əlaqədar vahid bəyannaməni qəbul etmir.
Bu barədə narahatlığını bildirən Informasiya Təşəbbüslərinə Dəstək ictimai birliyinin sədri Cəsarət Hüseynzadə bildirib ki, sistemin son bir gündə hazır    olması da vəziyyətdən çıxış yolu ola bilməz: “2020-ci ilin may ayının 1-nə respublika üzrə 925 min 818-i  fiziki vergi ödəyicisi qeydiyyatdadır. Bu qədər fiziki şəxsin 1 gün müddətində elektron sistemdən istifadə etməsi texniki cəhddən mümkün deyil. Inanmıram vergilər xidmətinin elektron sistemi bu qədər müraciəti qəbul edə bilsin.”
QHT sədri vəziyyətdən çıxış yolu kimi, vergi ödəyicilərinə əlavə vaxtın verilməsi olduğunu bildirib : Hesabat verilmə müddətini ayın sonuna kimi uzatmaqla vəziyyətdən asanlıqla çıxmaq olar. Dövlət tərəfindən pandemiya ilə bağlı böyük iqtisadi və vergi güzəştləri qəbul edilib.”   Əks halda dövlətin nəcib addımına kölgə salmış olarıq. Çünki hesabatın vaxtında verilməməsi cərimə ilə nəticələnir – deyə Cəsarət Hüseynzadə bildirib.