Tehran Rusiyadan yeni silahlar almaqda maraqlıdır

159

Tehran Rusiyadan yeni silahlar almaqda maraqlıdır.

Sosialmedia.az xəbər verir ki, bu sözləri İranın Rusiyadakı səfiri Kazım Cəlali deyib.

O bildirib ki, Moskva Tehranın prioritet partnyoru sayılır:

“Müdafiə qabiliyyətimizi artırmağın labüd olması ilə bağlı Rusiya ilə danışıqlar aparacağıq. Rusiya hakimiyyəti və rus xalqı ağır dəqiqələrdə hər zaman bizimlə olub və olmaqda davam edir. Bu planda Rusiya bizim prioritet partnyorumuzdur. Rusiyanın böyük imkanları var və ümid edirik ki, bizim əlaqələr bu sahədə zamanla yalnız möhkəmlənəcək”.