ABŞ qərarlıdır: Maduroya təzyiqlər artırılır

124

ABŞ Nikolas Maduronun rəhbəri olduğu Venesuelaya təzyiqləri gücləndirəcək və çox güman ki, yeni sanksiyalar tətbiq edəcək.

Sosialmedia.az xəbər verir ki, bu sözləri ABŞ-ın Venesuela üzrə xüsusi nümayəndəsi Elliot Abrams deyib.

“Biz ötən həftə və bu həftə bir neçə sanksiya tətbiq etmişdik. Şübhə etmirəm ki, bunlar davam etdiriləcək və daha çox təzyiq, sanksiya və diplomatik aktivlik olacaq.

İnanırıq ki, bunlar rejimin zəifləməsi və demokratiyanın bərpası ilə nəticələnəcək”, – deyə diplomat bildirib.