Azər Bayramov: “Sosial həssas qrupa aid tələbələrin sayının artırılmasına Təhsil Nazirliyi ilə birgə baxa bilərik”

129

“Sosial həssas qrupa aid olan tələbələrin sayının artırılması məsələsinə Təhsil Nazirliyi ilə birgə baxa bilərik”.

SosialMedia.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı Maliyyə nazirinin müavini Azər Bayramov deyib.

O bildirib ki, bu tələbələr xüsusi kriteriyalar əsasında müəyyənləşib.