Təhsil naziri Türkiyə səfiri ilə görüşüb

173

Avqustun 12-də Təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.

Bu barədə SosialMedia.az-a Təhsil Nazirliyindən bildirilib. Məlumata görə, görüşdə Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.