“Əlilliyi olan uşaqların sosial reabilitasiyası mövzusunda tədbirlərin təşkili” layihəsi davam edir

288

“Çıraq” Uşaq İnkişaf Mərkəzi ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Sumqayıt şəhərində “Əlilliyi olan uşaqların sosial reabilitasiyası mövzusunda tədbirlərin təşkili” layihəsini icra etməkdə davam edir.

Sosialmedia.az xəbər verir ki, layihənin ilkin mərhələsindəki fəaliyyətlər tamamlanaraq növbəti mərhələdəki fəaliyyətlərə start verilmişdir. İlkin mərhələdə sosial cəhətdən ağır ailələrdən olan əlilliyi olan uşaqlar layihəyə cəlb olundular.

Cəlb olunan uşaqlar Sumqayıt şəhəri ilə yanaşı ətraf qəsəbələri də əhatə edir. Hər bir uşağa fərdi şəkildə yanaşaraq onun inkişafı üçün vəsaitlər ilə təmin olunur. Uşaqların bacarıqları xüsusi qiymətləndirmə cədvəli ilə aparılır. Uşaqların böyük, kiçik, qavrama və özünə xidmət bacarıqları ilə iş aparılır. Bundan əlavə valideynlərə hər məşğələdən sonra tövsiyələr verilir. Keçirilən məşğələlərin izahı edilir və evdə mütləq şəkildə onların tətbiqi tapşırılır. Ailənin başqa üzvləri də məşğələlərə cəlb olunur.

Ailənin bütün üzvlərinin mütləq şəkildə məşğələrə cəlb olunması onların uşaq ilə davranışına müsbət təsir göstərir. Müxtəlif diaqnozlardan (uşaq serebral iflici, daun, autizm, əqli qüsur və s.) olan uşaqlar fərdi və qrup   məşğələlərə cəlb olunurlar. Uşaqlara mütəxəssislər tərəfindən  həftədə 2 dəfə fərdi və 1 dəfə qrup məşğələsi keçirilir. Qrup məşğələsi həftədə 1 dəfə 4-5 uşaq arası say göstəricisi ilə keçirilir. Qrup məşğələsində uşaqlar arası məsafə gözlənilir. Layihəyə cəlb olunan uşaqlardan internat tipli və evdə-fərdi təhsildə oxuyan uşaqlar da vardır. Layihədə ailələrə sosial yönümlü məsələlərdə köməklik göstərilir. Problemlərin həllində dövlət qurumları ilə əlaqə qurulur, valideynlərə istiqamət verilir.

Valideynlər uşaqlara göstərdikləri qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev cənablarına öz dərin təşəkkürlərini bildirirlər.