Bu metrostansiyaların girişi açıldı

231

Sərnişinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq, avqustun 21-dən metronun “28 May” və “Elmlər Akademiyası” stansiyalarının vestibülləri səhər pik saatlarında ödəmə terminallarından istifadə üçün açıq olacaq.

Sosialmedia.az bildirir ki, Bakı Nəqliyyat Agentliyindən Axar.az-a bildirilib ki, sərnişinlər saat 06:30-dan saat 12:00-dək “28 May” və “Elmlər Akademiyası” stansiyalarının vestibülündəki ödəmə terminallarından istifadə edə biləcəklər.

“Sərnişinlərdən vestibüllərdə maskadan istifadə etmələri və sosial məsafəni gözləmələri xahiş edilir. Tövsiyə olunur ki, “BakıKart”ın balansını artırmaqla bağlı işlərini planlı qursunlar”, – məlumatda bildirilib.