Türkiyə möhtəşəm səhifə açdı

172

Aralıq dənizində gərginlik davam etdiyi zamanda Qara dənizlə bağlı müjdə Türkiyənin rol dəyişdirməsi mesajını verir.

Sosialmedia.az xəbər verir ki, bu sözləri türkiyəli ekspert Zeynəb Gürcanlı deyib.

Onun sözlərinə görə, Ankara artıq enerji xətlərinin keçdiyi ölkə deyil, hasilatçı ölkə olmasına eyham vurur.

Gürcanlı bildirib ki, Aralıq dənizi ilə bağlı gərginlikdə Türkiyənin qarşısında gözlənilməz bir cəbhə yarandı və hətta bu cəbhənin Türkiyəni bütün faydalı qazıntılarla bağlı çalışmalardan uzaqlaşdırması təəssüratı yaranırdı:

“Bu, (Qara dənizdə qaz yatağı tapılması xəbəri – red.) bir həmlə idi. Türkiyənin artıq hasilatçı ölkə olması anlamına gəlir. İlk addımlar atıldı. Sonrakı günlərdə Ərdoğanın yeni müjdələr verəcəyini düşünürəm. Beləliklə, Türkiyənin tranzit olmaqdan savayı, enerji yollarında söz sahibi olacağını təxmin edirəm. Türkiyəsiz Aralıqda (Ağ dəniz) bir şey olmaz deyilir, indi də bura Qara dəniz əlavə edildi. Yeni səhifənin açıldığı görünür”.