Bakıda bəzi yollarda sürət həddi endirilib

146

Yağışlı hava şəraiti ilə əlaqədar H.Əliyev prospekti-Hava limanı-Mərdəkan və Zığ-Beton yolu-Hava limanı yollarında sürət həddi bütün zolaqlar üzrə müvafiq olaraq endirilib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) SosialMedia.az-a verilən məlumata görə, məqsəd yağışlı havada yol hərəkəti təhlükəsizliyinin təmin olunmasıdır.

BNA bir daha bütün sürücülərə diqqətli olmağa, yağışlı hava şəraitini nəzərə almalarını və sürət həddini aşmamağı tövsiyə edir.