AZAL-dan təyyarə müəmması ilə bağlı açıqlama

229

Bu gün səhər saatlarında Bakıdan qalxan AZAL-a məxsus təyyarə bir müddət yarımadanın üzərində dövrə vurub.

Sosialmedia.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat və foto paylaşılıb. Məlumatda təyyarənin eyni ərazidə müəmmalı şəkildə dönmə əməliyyatları icra etdiyi bildirilib.

Məsələ ilə bağlı saytımıza açıqlama verən AZAL-ın mətbuat katibi Paşa Kəsəmənski deyib ki, təyyarələrin dövrə vurması məşq uçuşu ilə əlaqədardır:

“Pilotlar məşq uçuşları keçirirlər. Narahatlığa əsas yoxdur”.